Kinomuz, musiqimiz

Musiqi filmin ən mühüm komponentlərindən biridir. Personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlmişdir. Səsyazan aparatların yaranması ilə əlaqədar 20-ci illərin sonu — 30-cu illərin əvvəllərində film daimi fonoqram texnologiyasını əldə etdi. Kinoda musiqi filmin strukturunun ayrılmaz hissəsinə çevrildi.
1916-cı ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyası 1917-ci il yanvar ayından kinoteatrlarda göstərilərkən instrumental üçlük filmdəki hadisələri musiqi ilə müşayiət edirdi. Ölkəmizdə ilk dəfə milli kino musiqisi dahi bəstəkar Ü.Hacıbəyovun eyniadlı əsərindən istifadə edilmişdir.


Ardı →

Uşaq dünyası haqqında filmlər

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.


Kinorejissor Həbib İsmayılovun “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.


Ardı →

"Bəxt üzüyü" filmi

Vaqif Səmədoğlunun eyniadlı pyesi əsasında çəkilmiş «Bəxt üzüyü» filmi 1991-ci ildə çəkilmişdir. Çoxlarının qınadığı sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır. Filmdəki hadisələr natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən canlandırılır. Hadisələrin tamaşaçı ilə sanki həmsöhbətmiş kimi, sadə insanların özlərinə məxsus psixologiyası, dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən kənar səmimi qəbul etməmizə imkan yaradır.
Günün reallıqları, insanların anormal sosial durumu sivil dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində yatan iblis xislətinə xəfifcə istehza, müdrik bir qınaq da var. İnsanların bir-birinə biganəliyi, XX əsrdə belə mövcud olan mövhumatçılığı (Söylünün yaxasından dua asması), savadsızlığı (Moşunun xoşbəxtlik sözünə günlərlə qafiyə axtarması), çağdaş həyat tərzini tənəzzülə aparan amil kimi filmdə tənqid atəşinə tutulur.


Ardı →

Azərbaycan filmlərində sevgi

Münasibətləri maraqlı etmək üçün mütləq problem olmalıdır?
Kinematoqrafiyamız bir çox mövzular kimi sevgiyə də laqeyd qalmayıb. Filmin süjet xətti nə olursa-olsun, əksər ekran əsərlərində sevgi motivlərinə az-çox yer ayırıb. Komik sevgi situasiyalarından tutmuş, qadağan əlaqələrə kimi hər cür durumlar təqdim olunub.


Davamı →

Azərbaycan Kino Sənətin Tarixi

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri («Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.


Ardı →